Şarl Mişel (Charles Michel) dünyadakı ərzaq böhranına görə Rusiya Federasiyasını günahlandırıb və bu böhranın təşkilində başqa ölkələrə qarşı ittihamları qorxaqlıq adlandırıb.

YALAN.info bildirir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) toplantısında deyib.

Mişel çıxışı zamanı bəyan edib ki, Rusiya hakimiyyəti inkişaf etməkdə olan ölkələrə qarşı ərzaq tədarükündən “gizli raket” kimi istifadə edir ki, bu da ərzaq qiymətlərinin qalxmasına, yoxsulluğun artmasına və regionlarda sabitliyin pozulmasına gətirib çıxarır. “Rusiya bu ərzaq böhranına görə tam məsuliyyət daşıyır. Kremlin yalan və dezinformasiya kampaniyasına baxmayaraq, Rusiya təkdir”, – Avropa Şurasının rəhbəri xəbərdarlıq edib.

Mişel daha öncə Odessada Rusiya gəmiləri ucbatından Qara dənizdə ilişib qalmış milyonlarla ton taxıl və buğda dolu konteyner və gəmi olduğunu şəxsən gördüyünü söyləyib. Onun sözlərinə görə, rus tankları, minaları və bombaları əkin sahələrinə və məhsul yığımına mane olur.

Onu da bildirək ki, Avropa Şurası sədrinin çıxışına etiraz olaraq, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya zaldan çıxıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın