Avropa Birliyi ölkələri Rusiya neftinin üçdə ikisinin idxalına embarqo qoyulması ilə bağlı razılığa gəliblər.

YALAN.info bildirir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel (Charles Michel) bəyan edib.

“Rusiya neftinin AB-yə ixracını qadağan edən anlaşma. Bu, Rusiyanın neft idxalının üçdə ikisindən çoxunu əhatə edir və onun döyüş maşını üçün böyük maliyyə qaynağını kəsir. Müharibəni bitirmək üçün Rusiyaya maksimum təzyiq”, – o, Twitterdə yazıb.

Şarl Mişel əlavə edib ki, Avropa Birliyi liderləri həmçinin “Sberbank”ın SWIFT-dən ayrılmasını da təsdiqləyiblər: “Bu sanksiyalar paketinə başqa sərt tədbirlər də daxildir: Rusiyanın ən böyük bankı “Sberbank”ın SWIFT-dən ayrılması, Rusiyanın daha üç dövlət yayımçısına qadağa qoyulması və Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqi”.

KİM Charles Michel
MƏNBƏTwitter
Öncəki xəbərKaya Kallas: AB mayın 30-da Rusiya neftinə qadağa qoya bilməyəcək
Sonrakı xəbərPutin Rusiyaya qarşı sanksiyaların ləğvi şərti ilə gübrə və ərzaq ixracına hazırdır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın