Ermənistan Respublikasının keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan ailəsi ilə birlikdə ölkədən çıxaraq Parisə getmək istəyərkən aeroportda saxlanılıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, AzVision.az-ın xəbərinə görə, bununla bağlı “Qraparak” qəzeti Ermənistanın milli təhlükəsizlik xidmətinə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, MTX əməkdaşları İrəvanın Zvartnots aeroportunda Aleksandr Sarkisyan və onun ailəsinə Parisə uçmağa icazə verməyiblər. Sonra onların mənzilində axtarış aparılıb. Evdə silah, pul və bahalı rəsm əsəri aşkar edilib.

SARKİSYANIN QARDAŞI SAXLANILDI

Qeyd edək ki, iyunun 25-də Ermənistan polisinin xüsusi dəstəsi Aleksandr Sarkisyanı qanunsuz silah saxlamaqda şübhəli qismində saxlayıb və həmin gün də sərbəst buraxıb. Bundan öncə Ermənistanın dövlət gəlirləri komitəsinin müstəntiqləri Serj Sarkisyanın qardaşı Levon barədə cinayət işi açıblar. Levon və onun qızı Ani qeyri-qanuni varlanmaqda və əmlak bəyannaməsindən boyun qaçırmaqda şübhəli bilinirlər.

Öncəki xəbərFutbol üzrə Dünya Çempionatı 2018-də ilk yarımfinalçılar: Fransa – Belçika
Sonrakı xəbərVaqram Baqdasaryan: Nikol Paşinyan siyasi diskriminasiya yolunu seçib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın