Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev daha bir neçə yaşayış məntəqənin işğaldan azad olunması ilə bağlı paylaşım edib.

YALAN.info Onlayn Xəbərlər və İnfirmasiya Saytı bildirir ki, dövlət başçısını bunu öz Twitter hesabında yazıb: 

“Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2 300 metr), Sığırt yüksəkliyini (1 370 metr), Şükürataz yüksəkliyini (2 000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Şanlı Ordumuz bu gün toplam 71 kənd, bir qəsəbə və səkkiz strateji yüksəkliyi azad etməyə müvəffəq olub.

Belə ki, Füzulinin 17, Xocalının yeddi, Xocavəndin 13, Cəbrayılın 11, Qubadlının 15, Zəngilanın beş və Laçının üç kəndi işğaldan azad olunub.

Bundan başqa, Zəngilanın Bartaz qəsəbəsində Azərbaycan bayrağı ucaldılıb, Bartaz, Sığırt, Şükürataz və əlavə beş adsız strateji yüksəkliyə Azərbaycan Ordusu sahib çıxıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın