Hələ bu ilin may ayında məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Android-dən Fuchsia əməliyyat sisteminə keçid edəcək. İndi isə bu məlumatı doğrulayan yeni faktlar ortaya çıxıb. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Dohyun Kim adlı analitik əmindir ki, Samsung Fuchsia OS-ə keçid etməyə hazırlaşır. Ancaq onun sözlərinə görə, bunun üçün bir neçə il vaxt lazım olacaq. Bununla belə analitikin sözlərini həmçinin Ice Universe ləqəbli məşhur çinli insayder də doğrulayıb.

Qeyd etməliyik ki, Google sözügedən əməliyyat sistemi üzərində minimum 2016-cı ildən işləyir. Bu, açıq mənbəli koda sahib əməliyyat sistemidir və o, geniş sayda cihaz üçün nəzərdə tutulub. Bundan başqa, onun Android ilə müqayisədə bir çox üstünlükləri var. Buna örnək olaraq daha rahat və asan yenilənməni gətirmək olar.

Fuchsia OS-ə sahib ilk məhsul Nest Hub adlı birinci nəsil smart ekran olmuşdu. 2018-ci ildə Bloomberg saytı bildirmişdi ki, 5 ildən sonra sözügedən əməliyyat sistemi Android-i, ChromeOS-i və WearOS-i əvəz edə bilər.

2019-cu ildə Google təmsilçiləri təsdiqləmişdilər ki, ağllı ev (smart house) sisteminə daxil olan əşyalar Fuchsia OS üçün sadəcə olaraq başlanğıcdır. Bir neçə müddət bundan öncə isə bu əməliyyat sisteminin hazırlanması ilə bağlı işlərə Samsung şirkəti də öz töhfəsini verməyə başladı.

Bir neçə ay bundan öncə Google şirkəti Fuchsia Devices adlı komandanı yaratmışdı. Bu komandaya daxil olan şəxslər Google şirkətinin ekosistemində olmayan kənar cihazları sözügedən əməliyyat sisteminə keçirtmək üçün çalışırlar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın