“İnanıram ki, zəfərlə bağlı film də çəkiləcək. Nəinki film, hətta əsərlər, tamaşalar da olacaq”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şamil Süleymanov deyib. Aktyor belə bir ssenaridə rol almağı və qalib Azərbaycan əsgərinin rolunu oynayacağı arzu etdiyini bildirib:

“Mən bu rolu canla-başla oynayaram. Vaxt vardı, bir-birimizə bayramları Şuşada keçirməyi arzu edirdik. İndi görün, bir ildə Şuşada neçə bayram keçirmişik. “Vaqif günləri”, “Xarı-Bülbül” festivalı, “Musiqi günü” və b. Nə kino, nə film? Mən Cıdırdüzünə girəndə gözümə ilk dəyən Flora Kərimova oldu, məni görən kimi için-için ağladı. Getdim onu qucaqladım. Çünki həmişə deyirdik ki, vaxt gələcək, Şuşada görüşəcəyik. Flora xanım da dərhal “Cıdırdüzündə” deyirdi. Şuşada Xanqızı su çəkdirmişdi, hamı vedrələrlə su aparırdı evinə. İndi hansı “krant”ı açırsan, su gəlir. Vandallar dağıdıb-töküblər, nələr eləyiblər. Belə şeyləri ancaq filmlərdə görürsən. Bir yandan da baxırsan ki, komanda tikə-tikə gəlir. Bir tərəfdən 30 ildir evindən didərgin düşən Şuşa sakini heç evinin uçurulmasını gözünün qarşısına gətirmir. Gedib evinin divarlarını qucaqlayır ki, gəlmişəm, buradayam və yenə tikəcəyəm”. 

Şamil Süleymanov qələbənin üstündən bir il keçməsinə baxmayaraq, hələ də həmin əhvali-ruhiyyədə olduğunu və onun sevincini yaşadığını dilə gətirib:

“Şuşa, sən azadsan!” sözü dillər əzbəridir, əsgərləri çox istəyirik, yolda bir əsgər görəndə onu qucaqlayıram, bağrıma basıram. İnanıram ki, bütün xalq belədir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın