Bu gün Bolqarıstanın Plovdiv şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə Dünya Kubokunun mərhələ yarışında qadınların şəxsi mübarizəsində qaliblər müəyyənləşib.

Reytinqi yüksək olduğundan mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta ilk görüşündə Rusiya təmsilçisi Anastasiya Şorokovanı (15:9), ardınca alman Yulika Funkeni (15:11) mübarizədən uzaqlaşdırıb.

Başta ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Tokio Olimpiadasında məğlub etdiyi amerikalı Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbəyə sevinib.

Sablyaçımız yarımfinala yüksəlmək üçün yapon Misaki Emuraya 15:11 hesabı ilə qalib gəlib. Yarımfinalda italyan Rossella Qreqorionu 15:13 hesabı ilə məğlub edən qılıncoynadanımız finalda fransalı Mannon Bruneti 15:10 hesabı ilə üstələyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın