Bu gün Bolqarıstanın Plovdiv şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə Dünya Kubokunun mərhələ yarışında qadınların şəxsi mübarizəsində qaliblər müəyyənləşib.

Reytinqi yüksək olduğundan mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta ilk görüşündə Rusiya təmsilçisi Anastasiya Şorokovanı (15:9), ardınca alman Yulika Funkeni (15:11) mübarizədən uzaqlaşdırıb.

Başta ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Tokio Olimpiadasında məğlub etdiyi amerikalı Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbəyə sevinib.

Sablyaçımız yarımfinala yüksəlmək üçün yapon Misaki Emuraya 15:11 hesabı ilə qalib gəlib. Yarımfinalda italyan Rossella Qreqorionu 15:13 hesabı ilə məğlub edən qılıncoynadanımız finalda fransalı Mannon Bruneti 15:10 hesabı ilə üstələyib.

MƏNBƏBeynəlxalq Qılıncoynatma Federasiyası
Öncəki xəbərNikol Paşinyanın uğuru: Armen Sarkisyanın istefası, yoxsa qaçış?
Sonrakı xəbərBakı sərt addım atmalıdır: İrəvanın qəbuledilməz şərti, yubanan delimitasiya və …
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın