Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İsveçrənin Bile şəhərində böyük şahmat festivalı çərçivəsində keçirilən Qrossmeysterlər Turnirində birinci yerə yüksəlib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, 6-cı turda qara fiqurlarla yerli şahmatçı Niko Georgiadisi udan bilik ustamız bu gün Çexiyalı David Navaranı üstələyib.

Dünya çempionu, norveçli Maqnus Karlsen liderdən bir xal geri qalır. Turnirin ilk iki turunda qalib gələn dünya çempionu sonrakı dörd görüşün hamısını heç-heçə başa vurub.

Beləliklə, 7 turdan sonra 5,5 xal toplayan Məmmədyarov turnirin açıq lideridir. Onu Karlsen (4,5 xal), Svidler (4 xal), Vaşye-Laqrav (3,5 xal), Navara (3 xal) və Georgiadis (1,5) izləyirlər.

Sıradakı, 8-ci turun oyunları sabah iyulun 30-da keçiriləcək.

GMT Turnir Cədvəli (7-ci tur)

SN Ad, soyad Xallar Reytinq
1. Şəhriyar Məmmədyarov 5.5/7 2801
2. Maqnus Karlsen 4.5/7 2842
3. Peter Svidler 4/7 2753
4 Maksim Vaşye-Laqrav 3.5/7 2779
5 David Navara 3/7 2741
6. Niko Georgiadis 0.5/7 2526

Biel Chess 2018 : Promo Video

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın