Rusiya Ordusu Ukraynanın Xerson şəhərini tamamilə nəzarətə götürüb.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.
“Şəhərdə mülki infrastruktur, sakinlərin təminatı ilə məşğul olan obyektlər və ictimai nəqliyyat gündəlik fəaliyyət göstərir”, – Rusiyanın Müdafiə Nazirliyinin açıqlamasında vurğulanır.
Rusiya Müdafiə Nazirliyinin məlumatında həmçinin vurğulanır ki, silahlı qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.