Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb.

YALAN.info bildirir ki, bunu hərbi jurnalist və bloqer Aleksandr Şulman yazıb.

66 yaşlı Gerasimov sağ ayağının yuxarı hissəsində sümük sınığı olmayan qəlpə yarası alıb. Məlumata görə, qəlpə çıxarılıb. Gerasimovun həyati təhlükəsinin olmadığı bildirilib.

Bildirək ki, Ordu generalı Gerasimov və başqa zabitlər Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi komanda məntəqəsində olub. İlkin məlumata görə, 20 zabit həlak olub.

Eyni zamanda, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bu gün Twitter-də yazıb ki, Gerasimovun yerləşdiyi İzyumda dünən baş vermiş partlayışla bağlı məlumat doğrulanıb. Həmçinin, guya işğalçı ölkənin ali zabitlərinin çoxlu nümayəndələri orada həlak olublar.

İndi Rusiya ordusunun böyük itkilər verdiyi İzyumu tərk etməyə çalışdığı və onların təchizatının dayandırıldığı deyilir.

Baş qərargah rəisi Ukraynada yaralandı – BAKU TV
MƏNBƏUNIAN
Öncəki xəbərUkrayna Rusiya qərargahlarını sıradan çıxarıb, 1 general, 300-dək hərbçi öldürülüb
Sonrakı xəbərABŞ hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı qətnamə Konqresə təqdim edilib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın