“Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında dağıdıcılıqla məşğul olub, indi isə azad edilmiş torpaqlarda quruculuq işləri görülür”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “Report” informasiya agentliyinin Rusiya bürosuna Rusiya İqtisad Universitetinin dosenti, politoloq Aleksandr Perenciyev deyib.

“Ermənistan işğal etdiyi Qarabağ bölgəsini nəinki inkişaf etdirməyib, heç öncəki səviyyədə saxlamağa belə çalışmayıb. Onlar bu torpaqlarda talançılıqla, dağıdıcılıqla məşğul olublar. Bu da həmin torpaqların əslində kimin olduğunu əyani şəkildə ortaya çıxarır. Çünki öz torpaqlarını bu günə qoymazlar. Bu gün isə Azərbaycan həmin ərazilərdə quruculuq işləri görməklə, oraya sərmayə yatırmaqla o torpaqların əslində kimin olduğunu sərgiləyir”.

Müharibədən sonrakı dövrdə bölgədə aparılan bərpa işlərini şərh edən rusiyalı politoloq vurğulayıb ki, Ermənistan işğalı nəticəsində məscidlərin viran qoyulması qarşılığında Azərbaycan nə qədər tolerant dövlət olduğunu, dinlərə, məbədlərə qarşı müharibə aparmadığını hamıya göstərdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın