Rusiya Prezidenti Vladimir Putin SSRİ və nasist Almaniyasının İkinci Dünya Müharibəsindəki rolunun ictimai şəkildə eyniləşdirilməsinə görə vətəndaşların cərimə edilməsi, ya da həbs edilməsi haqqında qanun imzalayıb.

YALAN.info bildirir ki, qanuna uyğun olaraq, Rusiya Federasiyasında ictimai çıxışlar zamanı, eləcə də mediada və internetdə bununla bağlı məlumat yayanlar məsuliyyətə cəlb olunacaq.

Belə ki, bununla bağlı fiziki şəxslər üçün iki min rubla qədər cərimə və ya 15 günə qədər inzibati həbs nəzərdə tutulub. Təkrar pozuntu halında isə cərimə beş min rubla qədər artırılacaq. Hüquqi şəxslər 50 min rubla qədər cərimə edilə bilər. Təkrar pozuntu halında isə, onlar 90 günə qədər fəaliyyətlərinin dayandırılması ilə üzləşəcəklər.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr edilib. Həmin əlavələr 2021-ci il iyulun 1-də V.Putinin imzaladığı “Nasist Almaniyasının məğlub edilməsində SSRİ-nin həlledici rolunu” inkar etməyi qadağan edən federal qanunun pozulmasına görə məsuliyyət yaradır. Bu qanun ictimai çıxış, ictimaiyyətə nümayiş olunan əsərlər, media və internetə şamil edilir.

Təşəbbüs Vahid Rusiya Partiyasının deputatları Yelena Yampolskaya və Aleksandr Jukov, senatorlar Aleksey Puşkov və Olqa Kovitidi tərəfindən irəli sürülüb.

Öncəki xəbərQarabağ və Şərqi Zəngəzurda Azərbaycan Ordusunun təminatı yüksək səviyyədədir
Sonrakı xəbərUkraynada müharibədə ölən uşaqların sayı 200-ü keçib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın