Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasının “myu” və “lyambda” ştammları aşkarlanıb.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, APA-nın Moskva müxbirinin xəbərinə görə, bununla bağlı “Rospotrebnadzor”un Mərkəzi Epidemioloji Elmi-Tədqiqat İnstitutunun direktoru Vasiliy Akimkin deyib.
Onun sözlərinə görə, “lyambda” ştammına 1, “myu” ştammına isə 3 yoluxma halı qeydə alınıb.
Direktorun dediyinə görə, “delta” ştammı Rusiya və dünyada dominant olaraq qalır.