Rusiya beynəlxalq hüquqi əsaslandırma və tərəflər arasında etimad çatışmazlığı səbəbindən öz sərhədçilərini Ermənistan-Azərbaycan sərhədində yerləşdirə bilməz.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “RIA Novosti”nin yayımladığı xəbərə görə, bunu Rusiya XİN-in informasiya və nəşriyyat departamentinin rəis müavini Aleksandr Bikantov deyib.

O, bildirib ki, iki ölkə arasındakı sərhəd bölgəsində gərginliyin qarşısı yalnız delemitasiya işlərinin dərhal başlaması ilə alına bilər.

Yada salaq ki, bir qədər öncə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəd boyu Rusiya sərhədçiləri tərəfindən dayaq nöqtələrinin yaradılmasını təklif etmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın