Rusiya Federasiyası Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyada görüşünün keçiriləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının APA-ya qaynaqlanaraq bildirdiyinə görə, Rusiya XİN rəsmi nümayəndəsinin yardımçısı Artyom Kojin bildirib ki, bir az öncə “İzvestiya” qəzetində Azərbaycan və Ermənistan prezidentləri İlham ƏliyevSerj Sarkisyanın görüşünün guya Moskvada keçirilməsi ilə bağlı yayılan məlumatla tanışdırlar.

“Biz bu məlumatla tanışıq. Həmin məlumatda prezidentlərin görüşü ilə bağlı qeyri-dəqiqliyə yol verilib. Bu qeyri-dəqiqliyə aydınlıq gətirmək istəyirik. “İzvestiya”da yayılan məlumatda Rusiya XİN-dəki mənbəyə istinadən rəsmi Moskvanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü keçirəcəyi bildirilib. Ancaq bu bilgilər doğru deyil”, – deyə A. Kojin bildirib.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın