“ABŞ Ukraynanı daha uzaqmənzilli raketlərlə təchiz etmək qərarına gəlsə, onlar “qırmızı xətt”i keçmiş olacaq və bununla da münaqişənin birbaşa iştirakçısına çevriləcəklər”.

YALAN.info bildirir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı danışıb.

“Amerika Birləşmiş Ştatları Ukraynada hərbi əməliyyatların mümkün qədər uzadılmasında maraqlıdır. Həmçinin də duruma nəzarəti ələ keçirmək istəyindədir və bu istəyini də sərgiləyir. Yəni söhbət ABŞ-ın birbaşa hərbi əməliyyatlarda iştirakından gedir”, – deyə o vurğulayıb.

Diplomatın sözlərinə görə, ABŞ Kiyevi daha uzaqmənzilli raketlərlə təchiz etmək qərarına gəlsə, Rusiya buna adekvat cavab vermək və öz ərazisini “bütün mümkün vasitələrlə” müdafiə etmək hüququnu özündə saxlayır.

MƏNBƏTASS
Öncəki xəbərMariya Zaxarova: Bakı və İrəvanın atəşkəs anlaşmasına əməl edəcəyini gözləyirik
Sonrakı xəbərUEFA Avropa Liqası: “Qarabağ” FK Fransa “Nant”ını 3-0 darmadağın etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın