Rusiya və Ukrayna arasında danışıqlar bu gün yerli vaxtla təxminən saat 15:00-da Belarusun Brest vilayətində baş tutub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna prezident ofisi sədrinin müşaviri Mixailo Podolyak məlumat verib.

Tərkibində parlamentarilər, məmurlar və prezident ofisinin təmsilçiləri olan Ukrayna nümayəndə heyəti ilə Rusiya Federasiyasının nümayəndələri arasında danışıqlar ilk dəfəkindən iki dəfə qısa olub – iki saat yarım.

Podolyakın sözlərinə görə, tərəflər müvəqqəti atəşkəsi və humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər.

“Ukrayna nümayəndə heyəti gözlədiyi nəticəni əldə etməyib və dialoqu danışıqların üçüncü raundunda davam etdirəcək”, – deyə Podolyak bildirib.

MƏNBƏTASS
Öncəki xəbərAzərbaycan Ordusunun Minaatan bölmələri təlim atışları yerinə yetirdi
Sonrakı xəbərRusiya və Belarus paralimpiyaçıları Pekin-2022-dən uzaqlaşdırıldı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın