Suriyanın İdlib bölgəsini Rusiyaya aid “Su-34”ün bombalaması nəticəsində 3-ü uşaq olmaqla 5 mülki şəxs ölüb, 4 dinc sakin yaralanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı “A Haber”ə istinadən bildirir ki, Rusiyaya məxsus qırıcılar noyabrın 11-də günorta saatlarında İdlib əyalətinə hava hücumu edib.

Bildirilib ki, İdlibin mərkəzində yerləşən quşçuluq təsərrüfatına “Su-34”ün etdiyi üç hava hücumu nəticəsində 5 mülki şəxs ölüb, 4-ü yaralanıb.

Qeyd edək ki, 2017-ci il mayın 4-5-də Türkiyə, Rusiya və İranın rəsmi nümayəndələri Qazaxıstanın Astana şəhərində İdliblə bağlı toplantı keçirib. Toplantının sonunda İdlib və ətrafı “Gərginliyi azaltma bölgəsi” elan edilib. 2018-ci il sentyabrın 17-də Rusiyanın Soçi şəhərində imzalanan anlaşmaya baxmayaraq, Bəşşar Əsəd rejiminə bağlı silahlılar və onu dəstəkləyənlər İdlibə tez-tez hücumlar edir.

Öncəki xəbərCeyhun Bayramov: Zəngəzur dəhlizi regionda əməkdaşlığı gücləndirəcək
Sonrakı xəbərBritaniyada Bakıya qarşı yeni cəbhə: Milli Şuranın yer aldığı planın hədəfi nədir?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın