Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

YALAN.info bildirir ki, bununla bağlı qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilir ki, 24 fevral-5 aprel tarixləri arasında Rusiya tərəfinin şəxsi heyət sıralarındakı itkisi 18 500-ə çatıb. 

Bundan başqa, gedən döyüşlərdə Rusiya ordusunun 676 tankı, 1 858 zirehli döyüş maşını, 332 artilleriya sistemi, 107 reaktiv yaylım atəş sistemi, 55 HHM sistemi, 150 təyyarəsi, 134 helikopteri, 1 322 avtomobil texnikası, yeddi kateri, 76 yanacaq-sürtkü materialları çəni, 94 kəşfiyyat PUA-sı, 25 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksinin buraxılış qurğusu məhv edilib.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, Rus işğalçılarının Ukraynaya döyüş və dəstək hissələrinin cəlb edilməsində böyük problemləri var:

“İşğalçı qoşunları itki verməkdə davam edir. Döyüş hissələrinin və yardımçı hissələrin cəlb edilməsində böyük problemləri var. Düşmənin şəxsi heyətinin ruhdan düşməsi Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları arasında fərarilik və Rusiya Federasiyasının Ukrayna ərazisindəki müharibədə iştirakından imtina hallarının artmasına səbəb olub”.

Rusiyanın itkiləri açıqlandı (05.04.2022) – BAKU TV

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın