Rusiya Ordusunun daha bir generalı – Roman Kutuzov Ukraynada öldürülüb.
YALAN.info bildirir ki, bununla bağlı Ukrayna mətbuatı xəbər verir.
Məlumata görə, bu gün Artemovsk-Lısiçansk şosesi yaxınlığında gedən döyüşlər zamanı Rusiya ordusunun general-mayoru Roman Kutuzov öldürülüb. Məlumatı “InformNapalm” layihəsi də doğrulayıb.
Qeyd edilir ki, Rusiya təbliğatçıları da həmçinin Ukraynaya qarşı müharibədə daha bir rus generalının həlak olması barədə məlumat yayıblar. Söhbət Artemovsk-Lısiçansk magistral yolu istiqamətində həlak olan general-mayor R.Kutuzovdan gedir. Generalın ölüm şəraiti açıqlanmır, sadəcə onun “dünyadan əsgər kimi, döyüşçü kimi getdiyi” deyilir.