Ukrayna tərəfinin hazırladığı Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısında məhv edilmiş hərbçilərin sayı 111 mini keçib.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 111 170 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 069 tank, 6 130 zirehli maşın, 2 065 artilleriya sistemi, 431 reaktiv yaylım atəşi sistemi, 217 hava hücumundan müdafiə sistemi, 285 təyyarə, 272 helikopter, 1 849 PUA, 723 qanadlı raket, 16 gəmi/qayıq, 4 801 avtomobil texnikası və avtosistern, 183 xüsusi texnikadan ibarətdir.

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb – BAKU TV

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın