Rusiya hərbçiləri Ukraynan Xerson şəhərində şura binasına nəzarəti ələ keçiriblər. Bələdiyyənin əməkdaşları iş yerlərindən qovulublar.

YALAN.info bildirir ki, bununla bağlı “RBC-Ukraina” xəbər yayıb.

Xəbərə görə, aprelin 25-də günortadan sonra Rusiya qoşunları Xerson Şəhər Şurasının binasına nəzarəti ələ alıblar. Onların tələbləri bilinmir.

“Saat 16:30-da Rusiya hərbçiləri binaya soxulub, bütün işçilərə çıxıb getmələrini dedilər. Binadan Ukrayna bayrağını götürüblər. İnsanlara heç bir açıqlama verilməyib. Binadan sonuncu olaraq mer İqor Kolıxayev çıxıb”, – Şəhər Şurasının əməkdaşlarından biri deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın