Ukrayna Ordusu müharibə başlayandan bu yana Rusiya Silahlı Qüvvələrinin 70 250 hərbçisini məhv edib.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, ötən sutkada işğalçıların 550 hərbçisi zərərsizləşdirilib. Eyni zamanda Rusiya Ordusunun 19 tank, 23 zirehli maşın, 9 artilleriya sistemi, 1 reaktiv yaylım atəşi sistemi, 1 təyyarə, 1 helikopter, 5 operativ-taktiki PUA, 19 müxtəlif avtomobil vasitə və 1 xüsusi texnikası dağıdılıb.

Məlumata görə, müharibə başlayandan Rusiyanın digər döyüş itkiləri 2 659 tank, 5 401 zirehli maşın, 1 708 artilleriya sistemi, 380 reaktiv yaylım atəşi sistemi, 195 hava hücumundan müdafiə sistemi, 273 təyyarə, 252 helikopter, 1 406 operativ-taktiki PUA, 351 qanadlı raket, 16 gəmi/qayıq, 4 107 avtomobil və avtoçən, 152 xüsusi texnikadan ibarətdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın