“NATO-nun aviasiya və dəniz qüvvələrinin aktivliyinin artması ciddi insidentlərə gətirib çıxara bilər”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.

Onun sözlərinə görə, bu ilin avqust və sentyabr aylarında Rusiya sərhədləri yaxınlığında Amerikaya məxsus strateji bombardmançı B-52H və B-1B-nin 15-dən çox uçuşu qeydə alınıb, 13 oktyabrda Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin “Dragon” esminesi Xersones burnu istiqamətində Rusiya sularına daxil olaraq keçid edib, 24 noyabrda isə ABŞ-ın “Con Makkeyn” esminesi Böyük Pyotr körfəzinə girib.

“Bu hərəkətlər açıq şəkildə təxribat xarakteri daşıyırdı. Hadisələrin qarşısı yalnız rus pilotlarının və dənizçilərinin yüksək səviyyədə hazırlığı sayəsində alındı. Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin Bundestaqda bildirdiyi kimi, Rusiya ilə güc dili ilə danışmamağı tövsiyə edirik.

Güc təhdidi birbaşa BMT Nizamnaməsinin pozulmasıdır, bu cür hərəkətlər tərəfimizdən lazımi qaydada cavablandırılacaq. Lakin, biz hər zaman ən çətin problemlərin danışıqlar masasında həll edilməli olduğunu düşünürük”.

Öncəki xəbərCanni De Byazi: Mən sehrbaz deyiləm, baş məşqçiyəm
Sonrakı xəbərQarabağda 1 əsgərimizi öldürən 6 nəfərlik erməni dəstəsi məhv edildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın