Rusiya Milli Qvardiyasının OMON “Plastun” əməliyyat bölüyünün tağım komandiri, polis kapitanı Farid Çitav 11 döyüşçüsü ilə birlikdə Ukrayna sərhədini keçməkdən imtina edib.

YALAN.info bildirir ki, “Report”un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bununla bağlı “Meduza” nəşri döyüşçülərin vəkillərinə istinadən yazır. Onlar imtinanı sərəncamın qanunsuzluğu ilə izah ediblər.

“Onların heç birinin xarici pasportu və ya Rusiya ərazisini tərk etmək niyyəti olmayıb, birbaşa rəsmi vəzifələri isə Rusiya Federasiyasının ərazisi ilə məhdudlaşıb. Xüsusi hərbi əməliyyatda iştirak etmək üçün Ukrayna ərazisinə ezamiyyətlər, bu əməliyyatın vəzifələri və şərtləri barədə iddiaçıların heç biri xəbərdar edilməyib və nəticədə buna razılıq verilməyib”, – nəşr yazır.

Bundan sonra Rusiya Qvardiyasının döyüşçüləri rəsmi yoxlamadan keçirilib və yoxlamanın nəticələrinə görə onlar xidmətdən qovulublar. Milli qvardiyaçılar işdən çıxarılmalarını qanunsuz hesab edir və onların iş yerinə bərpa tələbi ilə məhkəməyə müraciət ediblər.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərBoris Conson: Rusiyanın EURO 2028 arzusu satiradan da betərdir
Sonrakı xəbərAB Rusiyadan Ukraynadakı qoşunlarını çıxarmağı tələb edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın