Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynaya hücumundan sonra ilk dəfə iki ölkə arasında əsir mübadiləsi baş tutub.

YALAN.info bildirir ki, bu məlumatı Rusiyanın İnsan haqları üzrə müvəkkili Tatyana Moskalkova “RT” telekanalının “Antonimlər” proqramının efirində təsdiqləyib.

“Birinci mübadilə oldu – doqquz nəfər, onların bəziləri mənim müraciətlər yolu ilə formalaşdırdığım siyahıdandır. Ümid edirəm ki, siyahılar, prosedurlarla gecikməyəcəyik”, – o deyib.

Bildirək ki, bundan öncə Melitopol meri İvan Fedorovun 9 rusiyalı məhbusla dəyişdirilməsi ilə bağlı məlumat yayılmışdı. Bundan başqa, martın 1-də də Rusiya və Ukrayna arasında ilk dəfə əsir mübadiləsi həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, proses Ukraynanın Sumi vilayətində baş verib. Ukrayna tərəfi 5 hərbçi qarşılığında 1 rusiyalı zabiti təhvil verib.

KİMAnar Tağıyev
MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərYaponiya Rusiya Federasiyasına nota göndərdi
Sonrakı xəbərRusiya ordusunun polkovnik-leytenantı Ukraynada əsir düşüb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın