Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Rusiya Federasiyasının qurumdan xaric edilməsi ilə bağlı qərar qəbul edilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, qərarın lehinə 216 ölkə səs verib, 3 ölkə isə bitərəf qalıb.

AŞPA-nın qərarında bildirilir ki, Rusiyanın fəaliyyəti qurumun prinsipləri ilə uyğun gəlmədiyi üçün Avropa Şurasına üzvlüyünə xitam verilməsi tövsiyə olunur. Eyni zamanda, AŞPA Avropa İnsan Haqları Məhkəmədində Rusiyaya qarşı iddialara tezliklə baxılmasını xahiş edir.

Bununla yanaşı, AŞPA Putinin hakimiyyətinə qarşı çıxan qeyri-dövlət institutlarına dəstək vermək niyyətindədir. Qərarda Avropa Şurasına Rusiyada hüquq müdafiəçiləri, demokratik qüvvələri, azad media və müstəqil vətəndaş cəmiyyətini dəstəkləmək və onlarla qarşılıqlı əlaqədə olmaq tapşırılıb.

Eyni zamanda, Avropa Şurasının başqa üzvləri də həmin qurumara maliyyə ayıracaq. Həmçinin çox sayda ukraynalı qaçqını qəbul edən Avropa Şurasının dövlətlərinə dəstəyin gücləndirilməsi təklif edilir.

KİMVioletta Orlova
MƏNBƏUNIAN
Öncəki xəbərCen Psaki Rusiyanın ABŞ rəsmilərinə qarşı sanksiyalarına güldü
Sonrakı xəbərAŞPA Dnestryanı bölgəni Rusiya işğalı zonası kimi tanıdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın