Rusiya dopinqə görə iki il müddətinə böyük idmandan uzaqlaşdırıldı

Lozannadakı İdman Arbitraj Məhkəməsi (CAS) Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiyanın dopinqə görə böyük idman yarışlarından uzaqlaşdırılması ilə bağlı 2019-cu ilin dekabrındakı qərarını təsdiqləyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiya mətbuatı məlumat yayıb. Cəzanın müddəti 2022-ci ilin dekabrın 16-da başa çatacaq.

2018-ci ildə Pxençxanda keçirilən Qış Olimpiya Oyunlarında himnsiz və neytral bayraq altında çıxış edən Rusiya idmançıları 2021-ci ildə Tokiodakı oyunlarda və 2022-ci ildə Pekindəki Olimpiada da eyni şəkildə iştirak etməli olacaq.

Olimpiya Oyunlarında neytral bayraq altında yalnız dopinqdə iştirakı olmadığını sübut edən idmançılar çıxış edə biləcək.

Bununla yanaşı, ölkə böyük idman tədbirlərinə ev sahibliyi də edə bilməyəcək.

Rusiya Prezidenti Vladimir Putinə də qadağa qoyuldu

Rusiya Prezidenti Vladimir Putinə yaxın 2 il ərzində Olimpiya oyunları və dünya çempionatını ziyarət etmək qadağan edilib. Bununla bağlı İdman Arbitraj Məhkəməsinin (CAS) məlumatında deyilir.

Qərarda göstərilir ki, prezidentlə yanaşı, baş nazir və onun müavini, nazirlər və onların müavinləri, prezident administrasiyasının əməkdaşları, Duma deputatları, İstintaq Komitəsinin rəhbəri və əməkdaşlarına da qadağa şamil olunacaq.

Qeyd edilir ki, sözgedən qərar Moskva Antidopinq Laboratoriyasının manipulyasiyası ilə bağlıdır.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir