“Nə? Harada? Nə zaman?” intellektual oyununun iştirakçısı Rövşən Əsgərov Rusiya Federasiyasında axtarışa verilib.

YALAN.info bildirir ki, Rövşən Əsgərovun hansı maddə ilə axtarışa verildiyi dəqiqləşdirilməyib.

“4 may 1972-ci il təvəllüdlü Rövşən Əsgərov Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, – deyə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) axtarış bazasındakı məlumatda deyilir.

Aprelin sonunda Əsgərova qarşı nasizmin reabilitasiyası (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü bəndi) üzrə cinayət işi başladılıb. İstintaq müəyyən edib ki, o, aprelin 6-da “Facebook” səhifəsində qəsdən Sovet İttifaqının marşalı Georgi Konstantinoviç Jukovun xatirəsini təhqir edən və gözdən salan yalan məlumatlar dərc edib.

Rövşən Əsgərov 30 il boyunca “Nə? Harada? Nə zaman?” intellektual oyununda iştirak edib. O, 2001-ci ildə yarışın mükafatlarından biri olan “Büllur bayquş” qazanıb.

MƏNBƏTASS
Öncəki xəbərBayden: ABŞ-da inflyasiya Ukraynadakı durum və pandemiyaya görə artmışdır
Sonrakı xəbərABŞ kəşfiyyatının direktoru: Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın