Rusiyanın Xabarovsk diyarından Belarusa iki divizion “S-400” hava hücumundan müdafiə zenit-raket kompleksi göndərilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Kompleks dəmiryolu vasitəsi ilə yola salınıb.

Bir müddət öncə Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin ölkəsinə müttəfiq respublika olan Belarusa 12 “Su-35”, 2 diviziya “S-400” və “Pansir-S” zenit-raket kompleksi divizionu göndərəcəklərini bildirmişdi.

Məlumata görə, təlim tapşırıqlarının yerinə yetirildiyi ərazilərdə Rusiya hərbiçiləri Belarusla Rusiyanın Vahid Regional Hava Hücumundan Müdafiə Sisteminin tərkibində atış mövqelərini təchiz edəcək, texniki xidmət göstərəcək və döyüş hazırlığı tapşırıqlarını yerinə yetirəcək.

Təlimlər iki mərhələdə keçiriləcək. Birincisi fevralın 1-9-dək hazırlıq mərhələsidir. Təlimlərin ikinci mərhələsi “Qətiyyətli ittifaq-2022” adı altında keçiriləcək və fevralın 10-dan 20-dək davam edəcək.

MƏNBƏRusiya Federasiyası Müdafiə Nazirliyi
Öncəki xəbərİsa Həbibbəyli: Azərbaycan dilinin Orfoqrafiya Lüğəti yenidən nəşr olunacaq
Sonrakı xəbərRusiya XİN İsveç və Finlandiyanı NATO-ya qoşulmamağa çağırıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın