Azərbaycanda olduğu zaman Rumıniyalı qadın fotoqraf Mixaila Norak (Mihaela Noroc) Bakı Bulvarında Fidan adlı bir qızın şəklini çəkərək öz səhifəsində paylaşıb və Azərbaycan qadınıyla bağlı düşüncələrini yazıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, 50–dən artıq ölkədə müxtəlif qadınların şəkillərini çəkib öz səhifəsində paylaşan tanınmış fotoqraf Bakıya gəlişi zamanı Bulvarda azərbaycanlı qızların şəklini çəkmək istədikdə onların çətinliklə razılaşdığını bildirib.

900.000-ə yaxın izləyicisi olan “Gözəllik Atlası” (The Atlas of Beauty) adlı səhifədə paylaşılan yerlimizin şəkli böyük maraqla qarşılanıb. İndiyədək fotoqrafın şəklini çəkdiyi qadınlar arasında 50.000-ə yaxın izləyici tərəfindən bəyənilən yeganə şəkil məhz Fidanın fotosu olub.

Şərh yazan izləyicilər Fidanın təbii gözəlliyini vurğulayıb və kolleksiyada olan qadın şəkillərinin arasında ən gözəli adlandırıblar.

Tanınmış fotoqraf çəkdiyi şəklə açıqlama yazarkən bunları deyib: “Mən bir neçə həftə öncə Azərbaycanın paytaxtı Bakıda oldum. Çox gözəl xanımlarla tanış olmaq imkanım yarandı. Anladım ki, gender bərabərliyi anlayışı Azərbaycanda yalnız sözdədir. Kişilərin dominant olduğu Azərbaycanda qadınlar kişilərdən icazəsiz səkil çəkdirmirlər. Əslində çox gözəl qadınlarla qarşılaşdım, ancaq şəklini çəkmək istədiyim bir çox qadınlar öz ərlərindən icazə alırdılar. İcazə verilməyən qadınlar şəkil çəkdirməkdən boyun qaçırırdılar. Yalnız fotosunu çəkə bildiyim azərbaycanlı qızı Fidandan başqa… Bu qız çox cəsarətli idi. Yaxınlaşıb şəklini çəkmək istədiyimi deyəndə böyük anlayışla icazə verdi. Və bu gün hamı bu qızdan danışır”.

Qeyd edək ki, fotoqraf sosial şəbəkədə müxtəlif ölkələrin qadınlarının şəklini çəkib paylaşır. Bu xanımlar arasında azərbaycanlı qızı Fidanın gözəlliyi hamını valeh edib və onu çox bəyəniblər. Bu şəkil sosial şəbəkədə izləmə rekordunu qırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın