Portuqaliya millisi və “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo (Cristiano Ronaldo) onunla bağlı jurnalist Paskal Ferrenin iddialarını öz “Facebook” səhifəsində təkzib edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, futbolçu karyerasını Messidən daha çox “Qızıl top”la bitirmək niyyətində olması ilə bağlı jurnalistin irəli sürdüyü fikirləri yalan adlandırıb.

“Paskal Ferre yalan danışdı, mənim adımdan özünü və işlədiyi nəşri tanıtmaq üçün istifadə etdi. Fransa futboluna və “Qızıl top”a həmişə hörmət etmiş birinə qarşı bu cür yalan danışması qəbuledilməzdir”, – deyə Ronaldo özünün “Facebook” səhifəsində yazıb.

“Karyeramı əvvəldən formalaşdıran idmançılıq və ədalətli oyun prinsipləri çərçivəsində kim qalib gəlirsə, həmişə onu təbrik edirəm. Çünki heç vaxt heç kimə qarşı olmamışam. Mən həmişə özüm və təmsil etdiyim klublar üçün qazanıram, mənə yaxşılıq arzu edənlər üçün qazanıram. Heç kimə qalib gəlmirəm.

Karyeramın ən böyük ambisiyası təmsil etdiyim klublar üçün və ölkəmin millisi üçün yerli və beynəlxalq titullar qazanmaqdır. Karyeramın ən böyük ambisiyası peşəkar futbolçu olan, ya da olmağı arzulayan hər kəsə yaxşı örnək olmaqdır. Ən böyük karyera ambisiyam adımın dünya futbol tarixinə qızıl hərflərlə yazılmasıdır”, – deyə futbolçu vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın