İndi bütün dünya qərbyönümlü mövqeyi ilə çıxış edən Ermənistanın təhqir edilməsinə baxmayaraq, Rusiyanın tapşırıqlarını yerinə yetirdiyini görür. Bunu erməni hərbçiləri KTMT tərkibində Qazaxıstana göndəriləndə açıq şəkildə gördük. İndi də Rusiya-Ukrayna qarşıdurmasında eyni ssenarinin olacağına dair real perspektiv var.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Axar.az-ın məlumatına görə, bunu erməni siyasi şərhçi Romella Mnatsakanyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan erməni hərbçilərinin Donbasa göndərilməsinə də tam razı ola bilər:

“Bundan tam olaraq əmin deyiləm. Ola bilsin ki, Qərb ölkələri və analitiklərin proqnozlaşdırdığı müharibə, ümumiyyətlə, baş verməsin. Ancaq reallıq aydındır: Ermənistan Qərbdən uzaqlaşır. Yəqin ki, Putin Paşinyana zəmanət verib. Bu zəmanətlər heç bir yerdə qeyd edilməyib, yalnız Nikolun hakimiyyətinin nəyin bahasına olursa-olsun qoruyub saxlanmasına dair narahatlıqlarını aradan qaldırır”.

KİMFatimə Zülfüqar
MƏNBƏAxar.az
Öncəki xəbərSezen Aksu sükutu pozdu: 47 ildir yazıram, yazmağa da davam edəcəm
Sonrakı xəbərİşğaldan azad edilmiş ərazilərdə daha bir erməni hərbçinin meyiti tapıldı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın