Bu gün Azərbaycanın Şamaxı rayonu ərazisində gün ərzində iki dəfə zəlzələ baş verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Qurban Yetirmişlinin sözlərinə görə, zəlzələ bir çox rayonlarda hiss olunub: “Zəlzələ yerli vaxtla saat 16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib. Maqnitudası 5,1, dərinliyi isə 42 kilometr olub. Ətraf rayonlarda isə 4,3 bal hiss olunub”.

Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumatına görə, ocağı 42 kilometr dərinlikdə yerləşən ikinci zəlzələ episentrdə 4 bala qədər hiss edilib. 4,5 bal gücündə yeraltı təkanlar yerli vaxtla saat 16:48-də Pirqulu seysmoloji stansiyasından 14 kilometr cənubda qeydə alınıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın