Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun icarə əsasında çıxış etdiyi “Tondela” klubu Portuqaliya Kubokunda yarımfinala vəsiqə qazanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Tondela şəhərinin eyniadlı təmsilçisi 1/4 finalda “Riu Ave”ni minimal hesabla üstələyərək bu uğura nail olub – 1:0.

Qarşılaşmada yeganə qolu məhz Dadaşov vurub. Əsas vaxtı qolsuz başa çatan görüşün 95-ci dəqiqəsində meydana çıxan 23 yaşlı hücumçu cəmi 1 dəqiqə sonra fərqlənərək, komandasını növbəti mərhələyə çıxarıb.

“Tondela”nın yarımfinaldakı rəqibi “Portimonensi”-“Mafra” cütünün qalibi olacaq.

Qeyd edək ki, Renat Dadaşov müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsusdur.

Goal | Golo Dadashov: Rio Ave 0-(1) Tondela (Taça da Portugal 21/22)
Öncəki xəbərBMT Suğra Bağırzadəni “Leonardo Da Vinci” medalı ilə təltif etdi
Sonrakı xəbər“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın