Rusiya maraqlı tərəf kimi Qarabağ konflikti ilə bağlı səylərini nümayiş etdirir. Rusiya ilə yanaşı Türkiyəni də qeyd etmək lazımdır. Bu konfliktlə bağlı ən ciddi səy göstərən Türkiyə və Rusiyadır. 2016-cı ildə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıya gəlmişdi, onun arxasınca Baş nazir Medvedev gəldi. Daha sonra İrəvana getmişdilər. Hətta yüksək çinli hərbçilərini göndərmişdilər ki, cəbhədə vəziyyət nəzarətə düşsün. İndi ruslar birbaşa gəlmirlər, əvəzində türk qardaşlarımız gəlir. Xarici işlər, müdafiə nazirləri, keçmiş baş nazir, parlament sədri Bakıya səfərlər edib. Rusiya sözsüz, öz səylərini göstərir, Moskvada görüş keçirilmişdi.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışıqlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Putinin özü bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri ilə mütəmadi telefon əlaqəsi saxlayır:

“Düşünürəm ki, buna da normal yanaşmaq lazımdır. Rusiya müəyyən səylər göstərir ki, vəziyyəti diplomatik müstəviyə keçirsin. Ancaq bunun üçün ermənilərin ağıllanması azımdır.

Bizim Ermənistanla bağlı iddialarımız yoxdur. Zəhmət çəkib öz tör-töküntülərini bizim ərazilərimizdən yığışdırsınlar. Düşünürəm ki, cənab prezident bunu birmənalı şəkildə Rusiya lideri Vladimir Putinə çatdırıb”.

Rusiya Prezidenti Vladimir Putinin bir müddət öncə mətbuata açıqlamasında Ermənistana əvvəl beş, daha sonra iki rayonu Azərbaycana qaytarmağı təklif etdiyini, ancaq erməni tərəfinin bunu qəbul etmədiyini yada salan Rasim Musabəyov qeyd edib ki, artıq bu məsələ gündəmdə deyil: “Bu rayonların beşi onsuz da bizdədir, yəni hərbi güc amili ilə həll etmişik. İndi Ermənistan bütün qoşunlarını Azərbaycanın işğal olunan ərazilərindən çıxarmalıdır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın