Milli Məclisin deputatı Rasim Musabəyov öz Facebook səhifəsində Ermənistan hökumətinin birinci şəxslərinin ölkədəki iqtisadi durumla bağlı yalan bəyanatlarını ifşa edən status paylaşıb.

“Ermənistanın baş naziri Karen Karapetyan Davosda – Dünya İqtisadi Forumunda investorları çəkinmədən ölkəsinə investisiyalar qoymağa çağırıb. O, bunu Ermənistan iqtisadiyyatının yaxşı durumda olması ilə əsaslandırıb. 2017-ci ilin yekunlarına görə, ÜDM 7 %, sənaye istehsalatında 12 %, xidmət sektorunda 14 %, ixracda 23,5 % və idxalda 28 % artım göstərilib”.

“Ancaq rəsmi statistika nədənsə artımın mis və molibdenin uyğun qiymət konyunkturası, həmçinin dövlət borcunun çoxalması hesabına baş verdiyini göstərmir. Axı bu çağırışlara baxmayaraq, nə xarici investorlar, diaspora, nə də yerli “qolçomaqlar” Ermənistana yatırım qoymağa tələsmir. Ermənistan iqtisadiyyatı kağızda yüksəlişdə olsa da, əslində, ölkənin bazarı kiçilir, əhalinin gəlirləri azalır, daxili ticarət dövriyyəsi həm pul, həm də fiziki baxımdan geriləyir, dövlət borcu isə 15 faizə qalxıb. Bu ölkənin vətəndaşları heç bir inam yeri olmayan yoxsulluğa batıblar və çıxış yolunu ölkədən köçməkdə görürlər. Ermənistanın ikimənalı iqtisadi statistikası bundan ibarətdir”, – deyə Musabəyov bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın