Türkiyədə yaşayan Azərbaycanlı atlet Ramil Quliyev Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bağlı açıqlamalar verib.

Fotomac.com xəbər verir ki, 30 yaşlı idmançı Azərbaycan torpaqlarının 20 faizini əhatə edən Qarabağın 30 ildir Ermənistanın işğalı altında olduğunu yada salıb:

“Biz azərbaycanlılar 30 ildir torpaqlarımızı geri qaytarmaq həsrəti ilə yaşayırıq. İndi ən təbii haqqımız olan müdafiə haqqımızdan istifadə edərək təcavüz altında olan torpaqlarımızı işğaldan azad edirik. Bu mübarizə haqq mübarizəsidir, bu yol haqq yoludur.

İnşallah, bu yolun sonunda ölkəmizi qələbə gözləyir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bir bədəndə iki can, yaşasın Türkiyə-Azərbaycan”.

Öncəki xəbərErmənilərin artilleriya zərbəsi 19 mülki şəxsin həyatına son qoyub, 55 nəfər yaralanıb
Sonrakı xəbərArtıq 20 min erməni Dağlıq Qarabağdan Ermənistana qaçıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın