“Ümumiyyətlə, görüşlərdən sonra bizdən müsahibə alınanda ağzımıza gələni danışırıq. Sonra özüm oturub baxıram, görürəm ki, ingiliscə zamanları qarışdırmışam. Qələbədən sonra eyforiya halında olursan, insan ağzına gələni danışır. Bu, sevincdən qaynaqlanan bir şeydir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu yunan-Roma güləşi Tokio Olimpiadasının bürünc mükafatçısı, Dünya və ikiqat Avropa çempionu Rafiq Hüseynov deyib.

O, ötən ay Norveçin paytaxtı Osloda keçirilən yarışda dünya çempionu olduqdan sonra Ümumdünya Güləş Birliyinin YouTube telekanalına ingiliscə verdiyi müsahibədən danışıb:

“İngilis dilini həm məktəbdə yaxşı oxumuşam, həm də anam ingilis dili müəllimidir. O, mənə həm dərs deyib, həm də öyrədib. İngilis dilini bilməyimin səbəbi budur”.

O, erməni dilini də bildiyini və bunun ona kömək olduğunu bildirib:

“İngilis dilindən başqa, rus və türk dillərini, həmçinin müəyyən səviyyədə düşmənin dilini də bilirəm. Təbii ki, praktika olmayanda çətin olur. Ancaq erməni xəbər saytlarından nə danışdıqlarına qulaq asıram ki, praktikam olsun. Bilirsiniz ki, düşmənin dilini bilməkdən yaxşı şey yoxdur.

Bu, mənə idmanda da çox kömək olub. Məsələn, rəqibin baş məşqçisinin nə dediyini başa düşmüşəm. 2019-cu ildə Tiflisdə Qran Pri yarışında erməni Dünya və Avropa çempionu ilə qarşılaşırdım. Mən parter vəziyyətində olanda məşqçisi qışqırırdı ki, ayağa qalx. Mən də bunu başa düşüb, əks-fənd edib, xalımı qazandım və görüşü qələbə ilə başa vurdum. Yəni, bir növ onun dediyi mənə kömək oldu”.

Rafiq Hüseynov: “Erməni dilini bildiyimə görə rəqibimə qarşı əks-fənd işlədib qalib gəldim”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın