Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünə çıxıb.

YALAN.info bildirir ki, ilk dəfə Azərbaycanı təmsil edən 29 yaşlı idmançı ABŞ-ın Nevada ştatındakı Las Veqas şəhərində braziliyalı Rafael dus Anyusla üz-üzə gəlib.

Ataman ləqəbli döyüşçü “UFC Vegas 58” turnirinin sonuncu – 5-ci raundunda rəqibini nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.

Təcrübəli düyüşçü görüşdən sonra “İndi biz oktaqonda ən yaxşı Rafanın kim olduğunu öyrəndik. İdmanda ən güclünün kim olduğunu bilmək üçün mən Rafael Nadalı görüşə çağırıram”, – söyləyib.

Rafael Fiziev Octagon Interview | UFC Vegas 58

Döyüşdən sonra keçirilən mətbuat konfransında 29 yaşlı idmançı bunun bir zarafat olduğunu bildirib. Belə bir qarşılaşmanın olacağı halda bunun tennis, yoxsa qaydasız döyüş olabiləcəyi sualına cavab olaraq deyib: “1-ci, 2-ci, 3-cü və hətta 4-cü raund tennis ola bilər, ancaq sonuncu raund oktaqonda olmalıdır”.

Əslində isə o, növbəti döyüşündə ABŞ təmsilçisi Castin Geyci ilə qarşılaşmaq istədiyini bildirib. Fiziyev Geycini duelə çağırıb: “Geyci, başqa sarışınla üz-üzə gəlmək istəyirsənsə, aramızda kimin ən yaxşı olduğunu öyrənək. Bu, hər ikimiz üçün yaxşı mübarizədir. Hazırsansa, qorxmursansa və boş-boş danışmayacaqsansa, getdik”. Ataman ABŞ idmançısının təhlükəli rəqib olduğunu söyləyib: “Ceyci ciddi çağırışdır. Onun məni nokauta salmaq şansları çoxdur. Ancaq mən də bunu edə bilərəm. Nə olursa olsun, bu, azarkeşlər üçün yaxşı mübarizə olacaq”.

Rafael Fiziev calls out Justin Gaethje: “If you’re not scared, if you don’t take a s***, let’s go”

İdmançı döyüşdən sonra yayılmış daha bir videosunda isə deyir: “Hey, o mənim burnumu qırdı. Bir baxın, mənim burnum qırılıb. İndi mən cibimdə 50 min dollarla həkim yanına getməliyəm. Bu beşinci dəfədir. Beşinci əlli min dollar”.

Onu da bildirək ki, Azərbaycanın başqa MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk qarşılaşmasını sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı keçirəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın