Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi tənqidi fikirlərə görə İsrailin baş naziri Binyamin Netanyahuya cavab verib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ərdoğan bu barədə Twitter hesabında yazıb.
“Netanyahu BMT-nin qərarlarını pozaraq 60 ildən çoxdur günahsız insanların torpaqlarını işğal edən irqçi dövlətin baş naziridir. Əllərində fələstinlilərin qanı var və Türkiyəyə hücum edərək günahlarını ört-basdır edə bilməzlər”, – deyə Ərdoğan Netanyahuya sual ünvanlayıb: “İnsanlıq haqqında dərsmi istəyirsən? Get, 10 əmri oxu”.Qeyd edək ki, Netanyahu Türkiyəni HƏMAS-a dəstək verməkdə ittiham edib.

“Ərdoğan “HƏMAS”-ın ən böyük dəstəkçilərindən biridir. Şübhəsiz ki, terrorizm və qırğının nə olduğunu yaxşı bilir. Ərdoğana məsləhət görürəm ki, bizə əxlaqdan dərs keçməsin!” – deyə Netanyahu bəyan edib.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın