Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Beştəpədə keçirilən Arxiv simpoziumunda Fransaya, özəlliklə Fransa prezidenti Emmanuel Makrona çox sərt mesajlar göndərib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, R.T.Ərdoğan çıxışında bunları deyib: “24 apreli “erməni soyqırımı” günü kimi tanıyan Fransa prezidentinə bildirmək istəyirəm ki, son yüzilliklərdə insanlığın yaşadığı bütün qanlı toqquşmalara görə, məsuliyyəti bu gün azadlıq maskası taxanlar daşımalıdır.

Mən Makrona dedim, bu işlərdə yenisən, xəbərin yoxdur, ancaq biz Ruanda və Əlcəzairdə baş vermiş soyqırımları unutmadıq. 25 il öncə Ruandada 800 min günahsız insanın ölümünə görə məhz Fransa günahkardır. İndi Fransa bizə dərs verir.

Bizə insanlıq dərsi verənlərin özlərinin əlləri qanlıdır. Xaç yürüşlərində 4 milyon insanın ölümünə səbəb nə türklər, nə müsəlmanlardır. İkinci dünya müharibəsi illərində milyonlarla yəhudi ovunu yəqin ki, avropalılar unudublar. Milyonlarca Krım və Ahıska türkünü bir gecədə qatara doldurub ölümə göndərənləri biz unutmadıq, unutmayacağıq.

Biz arxivləri acdıq. Ey ermənilər, ey ermənilərin tərəfini tutanlar, mən arxivləri açmağa hazıram, siz də hazırsınızmı? 2015-ci ildə də bunu təklif etdik, gəlin öncə doğruları öyrənmək istəyirsinizsə, arxivləri öyrənən alimləri işə qoşaq, araşdırsınlar, baxsınlar, sonra siyasətçilərə söz verək”, – deyə o bildirib.

https://www.youtube.com/watch?v=h-4f0fsdgX0
Başkan Erdoğan’dan son dakika 1915 mesajı! Macron’a sert tepki
Öncəki xəbərDeputat: Qarabağda Əhməd Bəy Ağaoğlunun Heykəli Ucaldılsın
Sonrakı xəbərAlbert Aqarunovun Doğum Günüdür: Bu Gün 50 Yaşı Olacaqdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın