“Qapalı Maraş bölgəsini açmaq” deyə bir tezisi müdafiə etmək anlayışı varmı? Yoxdur. Bunlar eyni şeyi Azərbaycanda, Liviyada, Suriyada da etdilər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan TOBB (Türk Odalar və Borsalar Birliyi) İqtisadi Şurasında çıxışında deyib.

“Kipr məsələsinin nə olduğunu, Maraşın açılmasının hansı anlam daşıdığını bilməyənlər orada Türkiyə prezidentinin diplomatik mesajını almamış birinə iqtisadiyyatı izah etmək mümkün deyil. Şimali Kipr prezidenti dəvət edir – qəbul etmirlər, yenə məni tənqid etməyə başlayırlar. Sənin Şimali Kipr sevgin varmı? Qapalı Maraş tezisini müdafiə etmək varmı? Yoxdur. Eyni şeyləri Suriya, Liviya, Azərbaycanda etmədilərmi?

Özlərinə aid doğru-yanlış heç bir layihəsi olmayan, ssenarilərin tətikçiliyini etməkdən başqa işi olmayanların iqtisadiyyat haqqında fikir bildirməsi gülüncdür”, – Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Qapalı Maraşın xalqa açılmasından narahat olduğunu bildirib. BMT Baş katibinin sözçüsü Stefan Duyarrik məsələ ilə bağlı mövqelərinin dəyişmədiyini, Baş katib Antonio Quterreşin gərginliyi artıracaq və gələcəkdə dialoqları təhlükəyə salacaq hər cür təşəbbüsdən imtina edilməli olduğunu bəyan edib.

Xatırladaq ki, Qapalı Maraş Şimali Kipr Türk Respublikasına daxildir və 49 ildir ki, etnik münaqişə səbəbilə xalqın girişinə bağlıdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın