Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Osman Kavalanın azad olunması ilə bağlı çağırış edən 10 ölkənin səfirlərinin “persona non qrata” – arzuolunmaz şəxs elan olunması üçün XİN-ə göstəriş verdiyini açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Prezident R.T.Ərdoğan bunu Əskişəhərdə millət bağçası, xalq kitabxanası və inşaatı başa çatan bir çox layihələrin açılışında danışarkən deyib.

“Yatıb-durub “Kavala” deyirlər. Kavala Sorosun Türkiyə şöbəsidir. Buna görə XİN-ə gəlirlər. Bu nə cür tərbiyəsizlikdir, bura Türkiyədir! Bura bir qəbilə dövləti deyil. Gərəkli göstərişi XİN-ə verdim, nə etməli olduqlarını dedim. Bu 10 səfirin tezliklə “persona non qrata” elan edilməsini həll edəcəksiniz dedim”, – deyə o bildirib.

Yada salaq ki, daha öncə məsələ ilə bağlı Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ-ın Türkiyədəki səfiləri Türkiyə XİN-ə çağırılmışdı.

Qeyd edək ki, Türkiyədə 2013-cü ildə baş verən Gəzi Parkı hadisələrinə görə və 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunan iş adamı Osman Kavalanın azadlığa buraxılması üçün ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirləri bir həftə öncə ortaq bəyanat imzalayıblar.

Öncəki xəbərAzərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov dəfn olunub
Sonrakı xəbərSadır Japarov: Biz Rusiya və Türkiyədən pilotsuz hücum aparatları alacağıq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın