Yunan-Roma güləşçimiz Rəsul Çunayev Rusiyada keçirilən Avropa çempionatını gümüş medalla başa vurub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, 72 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Rusiya güləşçisi Adam Kuraka qalib gəldiyi görüşdə uduzub: 5-9.

Olimpiya mükafatçımız final görüşündən sonra verdiyi açıqlamada uduzmasında zədələrinin ona mane olduğunu bildirib:

“Mənim belimdə yırtıq var. Bir-iki ay əvvələ qədər karyeramı bitirmək istəyirdim. Zədəmə görə Azərbaycan çempionatına qoşula bilmədim. Tam sağalmağım üçün yarışlardan tam uzaqlaşmağım və bir il müalicə almağım lazımdır. Ancaq belə də olmur. Baş məşqçimiz Şaban Donat məni yığmaya yenidən qaytaran şəxs oldu. Hər dəfə iki-üç gün istirahət edirəm, sonra məşqə başlayıram. Ancaq zədə yenə öz sözünü deyir. Finalda da tam gücümlə mübarizə aparmağıma bu imkan vermədi”.

Rəsul Çunayev: Zədələrə baxmayaraq medalsız qalmadım…

Yada salaq ki, Rusiyanın (Dağıstan) Kaspiysk şəhərində keçirilən güləş üzrə Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışlar sona çatıb.  İdmançılarımız bir qızıl, iki gümüş və iki bürünc medalla ölkəmizə qayıdıb.

Bununla da komandamız 31 ölkə arasında III yeri tutub. İlk yeri meydan sahibi Rusiya, II pilləni isə Gürcüstan tutub. Ermənistan millisi isə IV yerə yiyələnib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın