ABŞ komandanlığı hələ Osmanlı şapalağı görməyib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Milliyet-ə qaynaqlanan xəbərdə bildirir ki, belə bir bəyanatı Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyub Ərdoğan verib.

Ərdoğan Türkiyə kimi, ABŞ-ın da NATO nizamnaməsinin tələblərinə əməl etməli olduğunu bildirib.

“Bütün NATO ölkələri və ABŞ bərabər hüquqları var. Tezliklə ABŞ dövlət katibi bura gələcək və onunla danışacağıq”, – deyə Türkiyə başçısı vurğulayıb.

Türkiyə Silahlı Qüvvələrinin Münbiçdə kürdlərə qarşı hərbi əməliyyatlar başlayacağı təqdirdə sərt əks-hücumla qarşılaşacaqları ilə bağlı ABŞ hərbi komandanlığının bəyanatını şərh edən zaman Ərdoğan bu sözləri deyib.

“Sərt əks-hücum barədə danışanlar, sadəcə, həyatlarında heç vaxt Osmanlı şapalağı görməyib”.

Qeyd edək ki, Türkiyə prezidenti öz çıxışlarında dəfələrlə Türkiyə ordusunun Münbiçə girəcəyi və oranı terrorçulardan təmizləməyə hazırlaşdığı barədə danışıb. ABŞ hərbi komandanlığı belə olacağı təqdirdə, Türkiyənin sərt əks-hücumla üzləşəcəyini bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın