Yanvarın 20-dən indiyə qədər Türkiyə Ordusunun müxalif Suriya Azadlıq Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 3089 terrorçu zərərsizləşdirilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Anadolu agentliyinə istinadən bildirir ki, bu sözləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilmiş toplantıda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan deyib.

Türkiyə prezidenti bildirib ki, Afrin bölgəsində 800 kvadratkilometr ərazi terrorçulardan təmizlənib. Türkiyə “Fərat qalxanı” əməliyyatı nəticəsində 2 min kvadratkilometr ərazini terrorçulardan azad edib. “Zeytun budağı” əməliyyatı nəticəsində də 2 min kvadratkilometr olan Afrin bölgəsi PYD/YPG terrorçularından təmizlənəcək. Nəticədə Afrinə ən azı 140-150 min, bəlkə də 200 min insan qayıda biləcək.

Öncəki xəbərAzərbaycan Ordusu Genişölçülü Təlimlərə Başlayır
Sonrakı xəbərTürkiyə Prezidenti Ərdoğan: Hər An Afrinin Mərkəzinə Girə Bilərik
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın