“İlk qarşılaşmalarda futbolçulara çox da irad bildirmək istəmirəm, çünki idman formalarından uzaq olurlar”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov evdə “Keşlə”yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis paytaxt təmsilçisinin fərqli oynadığını bildirib: “Futbolçularımızı tam məlumatlandıra bilməmişdik. Ona görə çatışmazlıqlar var idi. Qarşıdakı oyunlarda daha diqqətli olmalıyıq”.

Yeni transferlərin durumuna da toxunan Qurbanov onların hazırlıq səviyyələrinin başqa oyunçulardan aşağı olduğunu söyləyib: “Çünki düşərgəyə gec qoşulmuşdular. Fiziki durumları aşağıdır. Formalarını tam bərpa etmək üçün vaxt lazım olacaq. Oyun bir qədər sönük keçdiyindən özlərini tam göstərə bilmədilər. Bir-iki epizodda fərqlənməyi bacardılar. Onlara ümidimiz böyükdür”.

Baş məşqçi Maksim Medvedevin əvəzlənməsinin səbəbini də açıqlayıb: “Əzələsində yorğunluq hiss etdi. Oynaya bilərdi. Sadəcə, riskə getmək istəmədik”.

Azərbaycan kuboku | 1/4 final mərhələsinin ilk oyunu | “Qarabağ” – “Keşlə” – 1:0

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın