“Futbolçuları təbrik etmək istəyirəm. Qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, bu gün oyunçularım çox böyüdülər”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunları “Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov evdə Kiprin “Omoniya” komandası ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında deyib.

Qrup mərəhələsində “Bazel”lə İsveçrədəki oyunun qaldığını yada salan 49 yaşlı mütəxəssis son qarşılaşmaya da eyni motivasiya ilə hazırlaşacaqlarını söyləyib: “Futbolçulara heç bir iradım yoxdur. Görüşdəki qollar da maraqlı alındı. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Qurbanov qapıçı Şahruddin Məhəmmədəliyevin son qoldakı səhvindən danışıb: “Bu, futbolda nadir görünən epizoddur. Burada Şahruddinin səhvindən çox rəqib futbolçunun ustalığı ön plana çıxdı. Həqiqətən çox gözəl qol alındı. Oyundan sonra qapıçımıza irad bildirmədim. Ona möhkəm olmasını söylədim. Dedim ki, qarşıda yaxşı oyunlarımız var”.

Təcrübəli baş məşqçi hakim idarəçiliyi haqqında da fikirlərini bölüşüb: “Düşünürəm ki, bu oyun hakimə böyük təcrübə oldu. İlk dəfə qrup mərhələsi qarşılaşmasını idarə edirdi. Həyəcanı da hiss duyulurdu. Qolumuz və penaltimiz verilmədi. Rəqibə qırmızı vərəqə də vermişdi. Sanki bunu sığortalamaq istəyi var idi. Buraxdığımız qollar texniki səhvlərdən oldu. Qarşıdakı oyunlarda hakimlərə uğurlar arzulayıram. İnanıram ki, növbəti görüşlərdə daha diqqətli olacaqlar”.

Mütəxəssis bütün oyunçularından razı qaldığını sözlərinə əlavə edib: “Təmiz qolumuz qeydə alınmadı. Bu, mənə Avropa Liqasında “İnter”lə oyundakı qolu xatırlatdı. Belə qollar sayılmırsa, nə deyə bilərəm”?

Qurbanov görüşdə yalnız bir dəyişiklik etməsinin səbəbini isə hər şeyin axarında getməsi ilə əlaqələndirib. Onun fikrincə, bu cür qarşılaşmalarda əvəzləməyə əl atmaq risklidir: “Bəzən anlaşılmazlıqlar ola bilər. Oyunu rəqibin cərimə meydanı ətrafında keçirdik. Bu səbəbdən, dəyişikliyi lazım bilmədik”.

Kiprin “Omoniya” komandasının baş məşqçisi Henninq Berq isə “Qarabağ”ı İsveçrənin “Bazel” klubu ilə belə müqayisə edib: “Hər iki komanda ilə səfərdə heç-heçə etmişik. İsveçrədə qələbə də qazana bilərdik. “Qarabağ”a qarşı evdəki qarşılaşmada ikinci qolu buraxdıqdan sonra oyundan düşdük. “Qarabağ” və “Bazel”i bərabər səviyyəli komandalar sayıram”.

Bu nəticədən sonra xallarınınn sayını 11-ə çatdıran Ağdam təmsilçisi eyni xalı olan İsveçrə “Bazel”indən sonra 2-ci yerdə qərarlaşıb. Hər iki komandada top fərqi 5-ə bərabər olsa da, “Qarabağ” 1 top az vurduğu üçün mövqeyini itirib. “Omoniya” isə 3 xalla 3-cü sıradadır. H qrupunda son yerdə 1 xalla “Kayrat” qərarlaşıb. 

Beləliklə, qrup qalibinin adına dekabrın 9-da İsveçrədə “Bazel” və “Qarabağ” arasındakı görüşdə aydınlıq gələcək. Qrup mərhələsini 1-ci sırada tamamlamaq üçün Azərbaycan komandasına yalnız qələbə lazımdır.  

UEFA Konfrans Liqası: H qrupu

OyunQHMVTBTTFXallar
Bazel5320116511
Qarabağ5320105511
Omoniya5032510-53
Kayrat5014611-51
Baş məşqçimiz Qurban Qurbanovun UEFA Konfrans Liqasında “Omoniya” ilə oyundan sonra fikirləri

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın